Murad İmanbəyli, Murad R. İmanbəyli, Proqramçı, Kompyuter Elmləri, Java və Oracle Blogu, Proqramlaşdırma blogu, Murad R. Imanbayli, Murad Imanbaylı, Java Azərbaycan dilində blog, Oracle Azərbaycan dilində blog, Proqramlaşdırma Azərbaycan dilində blog

2015-ci ilin Hesabatı

Yazıya başlamadan əvvəl onu demək istəyirəm ki , bu hesabatlar çoxlarının istifadə etdiyi və xeyrini gördüyü bir şeydir,mən də buna 2-3 il əvvəl başlamışam.Və hazırda çox xeyrini görürəm.İlə başlamadan öncə bu il nələri etmək istədiyinizi siyahı halında yazırsınız və il boyu bu siyahını tamamlamağa çalışırsınız.İlin sonuna gəldikdə isə həmin siyahıya yenidən baxıb nələri edib-etmədiyinizi qeyd edirsiniz , əgər etmədiyiniz bir şeylər varsa nə üçün bunları etmədiyiniz haqqında fikirləşirsiniz.Bəlkə də çox böyük bir şey istəmisiniz, ya nəsə mane olub .

Bunları qeyd edirsiniz, əgər hələ də etmək istəyirsinizsə ,onu  gələn ilin siyahısına yenidən əlavə edib ,yenidən etməyə cəhd edin.

Nələri isə əldə etmək asan deyil bunun üçün çoxlu əziyyət və güclü istək lazımdır. Siyahıda icra etdiklərinizə baxdıqda nə qədər güclü və istəkli olduğunuzu özünüz görəcəksiniz 🙂

İndi isə mənim 2015- də nələri etdiyimə nəzər salaq:

  1.  “Voxxed Day İstanbul”-a çağrıldıq . Bu mənim üçün çox böyük bir sevinc idi , çünki 2013 -də qurduğumuz “Baku JUG” digər JUG-lar  tərəfindən artıq tanınırdı .Və həmçinin  İstanbulda virtual olaraq tanıdığımız bir çox insanı görəcəkdik. Digər tərəfdən “Voxxed Day”-ə çağırılanların çoxu populyar insanlar idi.İlk əvvəl Java EE -nin yeni imkanları haqqında 1 günlük workshop-da iştirak etdik ,Workshop-u Reza Rahman aparırdı, bizə həmçinin  weblogic-in yeni versiyasında nələr üzərində işlədiklərindən danışdı .Qeyd edim ki,bu çox marağlı idi və burada bir çox türk proqramçı ilə  tanış olduq. Altuğ Bilgin Altıntaş və Rahman Usta ilə maraqlı söhbətimiz oldu.
  2. Voxxed Day İstanbul 2015 Voxxed Day İstanbul 2015

Bir gün sonra “Voxxed Day”-ə qatıldıq. Eyni vaxta 3-4 sessiya olduğundan bütün çıxışları dinliyə bilmədik.Planı və bir neçə kadrı  aşağıda paylaşıram , həqiqətən ,bu seminarlarda çox şey öyrəndik  və çox insan tanıdıq.

Voxxed Day İstanbul 2015

11256605_1593985730867800_8007534206184469753_n

15590_1593883154211391_5726284569267151103_n

 

Əlbəttə, o qədər yol qət etdikdən sonra İstanbulu gəzmədən qayıtmaq olmazdı , İstanbulun görməli bir çox yerinə getdik və ənənəvi yeməklərindən dadıq 🙂

Boğazda Səhər yeməyi , Aqvarium , Sultan Ahmet , Topkapi , Ayasofiya , Kız Kulesi və s.

11212606_1594219274177779_5516423091504357452_o

IMG_20150510_114713 IMG_20150510_100324 IMG_20150510_114915 IMG_20150510_115753 IMG_20150513_133038 IMG_20150514_123844 IMG_20150514_114741 IMG_20150517_235639

2.Istanbul JUG ilə birlikdə Seminar – Rahman Usta Bakıya gəldi və onunla birlikdə Baku JUG istifadəçiləri üçün seminar təşkil etdik , üzrlü səbəblərə görə seminarda iştirak edə bilmədim ,ancaq əminəm ki,iştirakçılar üçün çox faydalı olmuşdur..

IMG_20150424_195138DSCN0437 DSCN0582

3.MongoDb Sertifikatlarım – Çoxdan öyrənmək istədiyim NoSQL dünyasına ilin əvvəlində MongoDB təlimlərinə yazılaraq başladım , 7 həftə olan təlimlər hər həftə keçdiyiniz mövzuya bağlı tapşırıqlar göndərir və bunları həll etdikdən sonra yoxlanılır .Tapşırıqları da tamamladıqdan sonra MongoDB sertifikatlarımı əldə etdim.

mongodb m101j mongodb m102

4.Veb Servis Seminarı verdim – İT təlim mərkəzlərinin birində(KES) Seminara dəvət edildim .Burada Rest , SOAP haqqında ətraflı danışdım və sonda hər ikisinə aid kiçik bir nümünə göstərib bitirdim.Gələnlərə nəsə əlavə edə bildimsə ,nə yaxşı 🙂

11270697_1637562296477684_7380113640510592023_o 11313105_1637562236477690_8052060208646929601_o

5.Lahıça getdim – Azərbaycanın qədim rayonlarından biri olan Lahıca çoxdan getmək istəyirdim,  qismət 2015-də imiş.

6.OnePlus One aldım.

IMG_20150622_151306

7.Göy -Gölə getdim . Qoruq kimi qorunan göy-gölü Avqust ayında  açdılar ,bizdə fürsət bu fürsət deyib gedib gördük

11986947_1641842922748747_2728095482627328094_n

8.Tbilisiyə getdik

IMG_20151108_122326 IMG_20151108_134310 IMG_20151108_141603 IMG_20151108_153421

9.Oracle Academy Day – 2015 də ilk dəfə Oracle şirkəti Azərbaycanda “Oracle Academy Day” tədbiri təşkil etdi və bu tədbirdə Java üzrə çıxış mənə həvalə olundu. Tədbirdə bir çox maraqlı və müxtəlif mövzularda çıxışlar oldu.

IMG_20151014_133249

10. İlin sonunda Mac aldım

1917576_1669289083337464_2561909580469733095_n

 

2015-ci il mənim üçün bu cür keçdi. Ümid edirəm ki,sizin üçün də yaxşı keçmişdir , növbədə 2016 -ci ilin planları var…

Hələlik 🙂