Murad İmanbəyli, Murad R. İmanbəyli, Proqramçı, Kompyuter Elmləri, Java və Oracle Blogu, Proqramlaşdırma blogu, Murad R. Imanbayli, Murad Imanbaylı, Java Azərbaycan dilində blog, Oracle Azərbaycan dilində blog, Proqramlaşdırma Azərbaycan dilində blog

2016-ci ilin hesabatı

Artıq 2016-ci ili sonlarına doğru yaxınlaşırıq və mən il ərzində etdiklərimin siyahısını çıxarıram.Bu il mənim ilim olduğundan (Meymun ili) düşündürdüm uğurlu olar pis də olmadı maraqlı bir şeylə ili sonların çatırıq.Indi gələk bu il mən nə etdim.

1.AniMəzənnə– İl başlayan kimi valyutamızın kəskin ucuzlaşması insanların dollar və euro almaq üçün növbələr dayanması və s. Mən və yaxın dostum İlkin bir ideya verdi növbədə duran insanların valyuta almaq və satmaq istədiklərində ən sərfli bankı tapmaqları.Bunu etmək heç də asan deyil çünki siz bütün bankların saytında məzənnəsinə baxıb müqaysə aparıb özünüz tapmalısız niyə də bunu sizin əvəzinizə bir proqram etməsin.Yanvar ayı üçün proqramı hazırlamaqa başladıq Mobilə tələbat daha böyük olduğundan Android və İOS üçün düşünmüşdük .Backend işlərini bitirdikdən sonra İlkin Android başladı və bitirdi  mən də İOS bitirməli idim amma qismət olmadı heç çür.

AniMəzənnə-Play Store

2.Qırız Kəndi – Səyahət etmək artıq həyatımın öneməli bir hissəsinə çevirilib.Yeni yerlər görmək və fərqli fikirli insanlara tanış olmaq da mənim üçün çox maraqlıdır.İnsanın fərqli düşüncə bucaqlarından baxmasına yardım edir və sizə nələrsə qatır.Mart ayından qərara gəldik ki yoldaşlarımla Camping Azerbajian təşkil etdiyi donmuş şəlaləyə gedək.Daha əvvəl adını heç eşitmədiyim Qubanın Qırız kəndində doğru yolda düşdük.Kəndi görəndə heyrətə gəldim,Kənd Qubadan çox uzaqda dağın yüksək hissəsində yerləşir yol ancaq dağ yoludur və Nivadan başqa maşınla getmək mümkün deyil.Gedib çatdığınızda isə sizi fantastik bir mənzərə gözlüyür.Divarlar hamsı dağdanı daşlar ilə hörülüb.Kəndə max 35 ev var və Ümumi ərzaq sadəcə həftə 1-2 dəfə gələn maşın tərəfindən gətirilir.Telefon demək olar ki tutmur internetsiz telefonsuz digital dunyadan uzadan bir yer düşünün və o yer Azerbaycandadır.Kənd camaatı çox mehriban və sizə kömək etmək üçün can atırlar , uşaqları sizinlə oynamaq istəyir.Kəndə çatdıqdan sonra 4-5 saat dağ yolu ilə donmüş şəlani görməyə getdik.

img_20160228_140020

img_20160228_145230

img_20160228_150131

3.Imanbayli.net– Əsas planlarımdan biri də 2011-dən fəaliyyət göstərən blogumu (muradimanbayli.com) 2014 də bağlamışdım bərpa etmək idi.Amma domen xaricilər tərəfindən aldığından və mənə 255 dollara satmaq istədikləri üçün almadım, Yenilik olsun deyə imanbayli.net domeni altında fəaliyyətə bərpa etdim.

murad imanbayli

screen-shot-2017-01-02-at-23-31-20

4.Küləyə Qalıb Gəl – Çox idmanla məşqul olan biri deyiləm hətta günümün çoxusu oturaraq keçirir)) İş yoldaşdan ilk dəfə ölkəmizdə təşkil olunan marafona qatımaq haqqında təklif aldım , mən də yeni fikirlərə acıq olan bir insan olduğumdan qəbul etdim amma təklif marafona 1 həftə qaldığı üçün yaxşı hazırlaşa bilmədim.1 həftə səhərlə tezdən durub qaçdım , daha düzgün qıdalanmaqa çalışdım. Marafona qatıldım amma sadəcə 5 Km dayanmadan qaça bildim. amma qalan yolu da piyada davam edərək 21 km məsafəni qətt etdim.(Onu da qeyd eləməliyəm ki finish çatandan sonra ayaqlarımı hiss eləmirdim ))) Amma çox maraqlı idi, yaxşı ki da qəbul etdim.

13092065_1711264932473212_5259498671710988701_n

screen-shot-2016-12-31-at-23-17-37

5.Ice Skating– Çoxdan öyrənmək istədiyim skatingi sonunda casarətə gəlib başladım.Zabitlər bağında yerləşən Ice skating cluba yazıldım , müəllim var amma 1-2 hərəkət öyrədir qalanı sizin üstünüzə düşür, 1 ay hər gün işdən sonra gedib 1 saat sürüşürdüm youtube da videolara da baxaraq orta səviyyədə öyrədim.

screen-shot-2016-12-31-at-23-23-30

6.Youtube Channel – Maraq göstərdiyin yeni sahələrdən olan youtuber olmaq istəyirdim amma hansı mövzuda olacaqıma heç çür qərar ala bilmədim məndə gözləmək əvvəzinə yaxşı olduğum mövzuda videolar çəkmək qərarına gəldim,nəticədə məndə JSF Tutorial-lar çəkməyə başladım hazırda Youtube Kanalımda 147 abonə və 24 000 çox baxış var və bir çox xaricidən bu videolar haqqında yaxşı feedbacklar alıram .Yəqin 2017 də kanalımı daha da böyüdəcəm

Murad Imanbayli – Youtube Channel

7.Zaqatala -Yaxın dostlarımdan biri uzun vaxtdır mənə verdiyi sözü axır 2016 da yerinə yetirdi və məndə Zaqatalanı gördüm.

img_20160604_093041

img_20160604_113343

img_20160604_113345

img_20160604_113705

img_20160604_114107

8.Thailand,Phuket– Ən çox istdədiyim şeylərdən biri də bu idi 2016 da çox uzaqdakı bir ölkəyə getmək hansı ki mədəniyyəti və insanları bizdən çox fərqlidir.Aprel ayında qərar aldıq ki thailanda kedək 3 ay qabaqcadan biletləri skyscannerdən aldıq, əvvəlcədən almaq biletləri daha ucuzsa başa gəldi.Azərbaycandan bir başa reys olmadıqından İlk əvvəl Qətər ordan Thailan,Phuket də tranzit bilet oldu.Yerləri yenə əvvəlcədən airbnb saytından tapdıq , günü 50 dollara 2 mərtəbəli 6 nəfərlik iri bir yer tutuduq təmizliyi və hovuzuda var idi.Orda hara gedəcəyimizi isə internetdən travellerinlərin bloglarından tapıb siyahı düzəltdik və bir bir hamsını gördük.

img_20160704_020000

img_20160704_054926

img_20160704_163102

img_20160705_105045

img_20160705_121239

img_20160708_120839

img_20160708_121330

img_20160708_121954

img_20160708_140234

img_20160709_083649

img_20160709_091900

img_20160709_101129

img_20160709_180601

img_20160710_130651

9.Karyera yüksəlişi – Bu ilin mənim üçün yaxşı tərəflərindən biridə karyeramda yüksəliş oldu ,Vəzifəmi baş proqramçıdan şöbə Müdiri vəzifəniə yüksəltdilər və hazırda Şöbəmizdəki 8 əməkdaş ilə Unibankın göstərdiyi online xidmətləri yaxşılaşdırmaqa çalışırq.

10.Üzməyi Öyrəndim – Thailanda 10 gün qaldıq uzun vaxt olduğundan 7  gün ərzində hər yeri gəzib bitiridik qalan 3 gün də qaldığımız yerin hovuzu olduğundan youtubede da dərslərə baxıb tətbiq etməyə çalışdım və alındı çox yaxşı olmasada hovzuun bir nöqtəsindən digərinə batmadan gedə bilirəm )

11.Java Təlimlərinə başladım – Dayandırdığım Trainer karyeramı da 2016 da yenidən başladım hazırda çox məmnunam öyrədiklərini tətbiq etməkdən başqa onları öyrətməkdə çox maraqlıdır.

12.Tbilisi-Batum-Rize-Trabzon turu– İlin sonlarına yaxın Sentyabr ayında 4 günlük qurban bayramını boşa itirməyək dedik.4 gün ərzində 6 nəfərlə birlikdə 2 ölkə keçib 4 şəhər görmək niyyətində idik planlaşdırıq və yerinə də yetirdik.Düzü qaca qac ilə oldu amma 4 günə sığdıra bildik İlk əvvəl Qatarlar Tbilisi getdik , ordan Avtobusla Batumiyə və orda gecələdik Səhər durub ordan da Trabzona getdik.Rizeni də görmək planımız var idi amma vaxt çatmadığından gedə bimədik amma çox maraqlı idi.

img_20160910_112959 img_20160910_121337 img_20160910_163651 img_20160910_163816 img_20160912_001441 img_20160912_010906 img_20160912_111425 img_20160912_195138

13.Qaranour Golu Seyahet–  Camping Azerbaijan təşkil etdiyi Qaranour gölünə tura qatıldım , həmin göl çöx yüksəkdə yerləşdiyindən (1700 m) və çıxmaq üçün tam yol olmadıqında bu səyahət mənim üçün tamam başqa bir təcürübə oldu.

img_20161008_141721 img_20161008_141542 img_20161008_154327 img_20161008_162723

14.İphone 7 , 24 inc Monitor və Personal NetWork Storage aldım-Həmişə dediyim kimi qazandıqlarınla özünə daha invest eləməlisən ki daha çox qazana biləsən və böyüyə biləsən.Komputerimlər uyumlu işləməsi üçün özümə iphone 7 aldım aldığım notlar və s. anlıq komputerimdə görsənir icloud ilə həm hər ikisini apple olması mənim üçün daha rahat oldu.Daha sonra macbook promun ekranı kiçik olduğundan daşımaq nə qədər rahat olsada evdə rahat kod yazmaq olmurdu , onun üçün 24 inc Monitor aldım evdə daha rahat şəkildə kodlarımı yaza bilim deyə.Birdə Yaddaş problemi çəkirdim download folderini təmizləyirdim yüklədiyim hd filmləri silirdim bu üçün storage sifarış edədim 4TB həm də cloud olduğundan başqa yerlərdən öz storage rahat çata biləcəm.img_3864 81wurxnnhwl-_sl1500_ 61oiqyrgrll-_sl1500_

15.İllik gəlir – Keçən ilki illik gəlirimin 2 mislindan daha çox artırdım , 2017 üçün inşAllah bu məbləği daha da yüksəltmək planlarım var.

16.Tüm Kreditlərimi bağladım – Bir gənc üçün normal qazanmaqıma baxmayaraq kredit kartı və nağd kreditlər çox istifadə edən biriyəm , ilin sonlarına yaxın bütün kreditlərimi bağladım 2017-də kredit istifadə etməmək fikrim var.

Yeni İliniz Mübarək , Ümid edirəm 2017 ci il Hamımız üçün daha da yaxşı bir il olar.