Murad İmanbəyli, Murad R. İmanbəyli, Proqramçı, Kompyuter Elmləri, Java və Oracle Blogu, Proqramlaşdırma blogu, Murad R. Imanbayli, Murad Imanbaylı, Java Azərbaycan dilində blog, Oracle Azərbaycan dilində blog, Proqramlaşdırma Azərbaycan dilində blog

2017-ci ilin hesabatı

Hər il olduğu kimi bu il də ilin sonlarına doğru yaxınlaşdıqca ilin hesabatını yazmaq vaxtı gəlib çatdı.Bu il digər illərə nisbətən daha çox səyahət etdiyim bir il oldu , avropanı daha əvvəl heç səyahət etmək fürsətim olmamışdı amma bu bil bir neçə ölkəsində oldum və çox bəyəndim bir daha əmin oldum ki səyahəti nə qədər çox xoşlayıram.

İndi ilin əvvəlindən sonunda doğru getdikdə 2017-ci ilin hesabatı belədir …

1.Animezenne.az – Yaxın dostum İlkin ilə bir proyektimiz olan Animəzənnəni bu il daha da genişləndirmək fikrimiz var idi və bir çox işlər də bu barədə gördük, İlk əvvəl Animəzənnə api üçün ayrıca server alıb bütün backend-i bura migrasiya etdik , domeni alıb saytını açdıq ,facebook çox istifadə edənlər üçün avtomatik ən sərfəli məzənnələri paylaşan facebook app yazdıq.

AniMezenne.az

2.Təlimləri – Keçən il qeyd etdiyim kimi təlimlərə başlamışdım və 2017-ci ilin əvvəli üçün də bunları davam etdim ,Proqramlaşdırma üzrə müxtəlif mövzulardan təlimlər aparırdım ilin birinci rübündə vaxt və başqa səbəblərdən təlimləri dayandırmalı oldum.Təlimlərin videolarını(Java SE , EE , Sertifikat imtahanına hazırlıq OCA  ) youtube kanalımda ödənişsiz olaraq paylaşmışam ,istəyənlər istifadə edə bilər.

3.Özümə daha çox vaxt ayırdım – Nə zaman belə oldu bilmirəm amma iş həyatına keçəndən bir müddət sonra tamami ilə özümü işimə verməyim bir növbədə öz istəklərimə vaxt ayırmağımı azaltmışdı,bu da bəzi problemlərə gətirib çıxartdı.Bu il mümkün qədər işdən savayı öz fikirlərimə və reallaşdırmaq istədiyim proyektlərə ötən ilkilərə nisbətən daha çox vaxt ayırdım ona görədə free olan bütün vaxtlarımı demək olar coffeeshoplarda dostlarımla keçirirdim.Və bundan çox da məmnunam, bu məni xoşbəxt edir və ümid edirəm 2018-ci ildə bloguma daha çox vaxt ayıraram 🙂

4.Java Day İstanbul 2017 – İlk dəfə 2015-ci ildə qatıldığım bu konfransa bu il iş yoldaşlarımla birlikdə getdik.

5.Şəkiyə getdik – Bütün proqramlaşdırma kollektivi ilə birlikdə 2 günlük Şəkiyə getdik , bu həqiqətən təkrarolunmaz səyatətlərimdən biri idi. İlk əvvəl Şəkini çox bəyəndim bu vaxta qədər niyə ora getməmişəm bilmirəm amma oranın qədimliyi, şirniyyatları, təbiəti istirahət üçün idealdır.

6.Hard work – İlin birinci yarısında bir müddət proyekti çatdırmaq üçün bəlkə də yalan olmasın 12 saatdan çox iş yoldaşlarımla işlədik , bu müddət ərzində işdən həqiqətən zövq aldıq, belə olan halda anlayırsan ki işini görmək həqiqətən də səni digər şeylərdən daha çox xoşbəxt edir.

7.Montenegro və Bosnia Herzegovinaya getdim  –  Keçən il şengen vizasından çox əziyyət çəkdiyimdən bu il məzuniyyətimdə viza tələb etməyən ölkələrə getmək qərarında idim, yaxın bir dostun tövsiyyəsi ilə ilk öncə Montenegroya (Podgorisa,Budva,Kotor) sonra Bosniyaya (Mostar,Sarajevo) getdim və çox bəyəndim.Montenegro əsl çimərlik sevən insanların yeri olsa da Bosnia çox gözəl idi və mənə İstanbulu xatırladırdı.

 

8.İlk Şengen vizam – Şengen ölkələrinə viza almağımda daha əvvəl yaşadığım çətinliklər və iki dəfə reject almağım gözümü qorxutmuşdu amma ilin sonuna yaxın sonunda Şengen vizamı aldım və çantamı yığıb Macarıstanın paytaxtı Budapeştə doğru yola çıxdım, yaxın dostum Seymurun bu il burda Master təhsilinə başlaması da mənim üçün əvəzedilməz bir fürsət idi .

 

9.Fransaya getdim – Geri qayıtdıqdan sonra Avropanın digər ölkələrini də görmək istəyirdim ona görə 1 illik çox girişli viza üçün müraciət etdim və alan kimi də Eyfeli görməyə Parisə doğru yola çıxdım.

10.Youtube Kanalım – Keçən il ilin başlanğıcında 4000-ə yaxın baxış olan kanalımda 100 000 baxış sayını keçməyi hədəfləmişdim, indi  reporta görə 103 000-dən çox  baxış olduğunu görürəm və bu çox sevindirici haldır.

11.İllik gəlir – Bu il keçən ilkinə nisbətən illik gəlirimi 1.5 dəfə artırdım 🙂 bunu hər il ona görə paylaşıram ki,işinizi layiqincə gördüyünüzdə pul özü sizə gələcək, sadəcə işinizi sevin və onu layiq olduğu kimi görün.

12.Avropada işə qəbul oldum  – Bir müddətdir ki, həyatımda köklü bir dəyişiklik istəyirdim tam il bitir deyən zaman Budapeştdə bir şirkət ilə danışıqlara başladım və bütün mərhələləri tamamladıqdan sonra iş təklifi aldım yeni ilin birinci ayından sonra artıq bu şəhərdə həyatıma davam edəcəm.Bu mənim üçün çox həyəcan vericidir , çünki Avropada olduğuna görə digər ölkələri rahatlıqla gəzə bilərəm, IoT mənim üçün tamamilə yeni bir sektordur  və istifade etmədiyim yeni texnologiyalar öyrənəcəm.

13.Yeni ili  –  Yeni ili keçirmək üçün həftə sonu Almaniyaya doğru yola çıxacam və bu da mənim üçün 2017-ci ilin möhtəşəm sonu olacaq və səbirsizliklə 2018-i başlamasını gözləyirəm.

Son olaraq da onu qeyd etmək istəyirəm ki 2017-i mənim üçün ümumi baxdıqda yaxşı keçmiş olsa da çox çətin qərarlar almalı olduğum vaxtlar oldu , ətrafımda olan gözəl insanların sayəsində bunların da öhdəsindən gəldim.

 

2015 və 2016 -ci illərin hesabatı üçün

2015-ci ilin Hesabatı

2016-ci ilin hesabatı