Murad İmanbəyli, Murad R. İmanbəyli, Proqramçı, Kompyuter Elmləri, Java və Oracle Blogu, Proqramlaşdırma blogu, Murad R. Imanbayli, Murad Imanbaylı, Java Azərbaycan dilində blog, Oracle Azərbaycan dilində blog, Proqramlaşdırma Azərbaycan dilində blog

2018-ci ilin hesabatı

Keçən ilin sonlarında avropanın bir çox ölkəsində səyahətdə olmuşdum və çox da bəyənmişdim bildiyiniz kimi ilin sonunda Macarıstandakı bir şirkətin bütün mərhələlərini tamamlayıb, növbəti il həyatımı davam etmək üçün ora köçməyi gözləyirdim.

İlin əvvəlində mənim üçün nə qədər çətin olsa da Unibankdakı işimdən ayrıldım və bütün yaxınlarımla sağollaşıb Budapeştə yola düşdüm.

Budapeştə yeni gəldiyim zamanlar ölkəmdə öyrəşdiyim bəzi şeyləri tapa bilmirdim və bunun çətinliyin çəkirdim.Digər tərəfdən oranın müsbət tərəfləri də çox idi yeri əhali geyimindən və s. aslı olmayaq sənə başqa yerdən gəlmisən kimi davranmırdı transport həmişə vaxtı vaxtında gəlirdi və heç sıxlıq olmurdu.

Eyni qayda da işlədiyim mühitdə də çox fərqliliklər var idi , məsələn server tərəfli html renderingdən imtina edirdilər , deploy prosessi mütləq qaydada avtomatlaşdırılmışdı və testsiz kod ümumiyyətlə sayılmırdı və s. Elə bir sistem qurmuşdular ki yeni gələn işçiyə qorxmadan sistemi verə bilirdilər ki onsuz istəsə belə sistemi çökdürə bilməz.Həmçin iş saatlarının 9-6 olmasına baxmayaraq işçilər istədikləri zaman işə gəlib istədikləri zaman çıxa bilirdilər.Hər gün 3 növ çay dəmlənirdi içmək üçün və işçilər üçün mətbəxdə müxtəlif meyvələr qoyulurdu.

Budapeştə gələndən sonra burda razılaşdığım şirkət ilə bəzi fikir ayrılıqlarımız oldu və az bir müddətdən sonra isə yollarımızı ayırdıq məndə başqa iş axtarmaqa başladım.

Elə fikirləşirdim ki bu işi tez tapmışdım digərlərini də belə rahatlıqla tapa bilərəm amma uzun bir müddət müsahibələrdən kəsildim və offer ala bilmədim.Bu müddət ərzində nələri zəif bilidiyimi çox yaxşı başa düşdüm və bunları artımaqa çalışdım iş axtardığım zaman vaxtımın çoxunu starbucksda zəif olduğum hissələri artırmaq ilə keçirirdim.

Daha sonra ağlıma ancaq Macarıstana yox digər ölkələrdəki yerlərə də mürciət etmək ağlıma gəldi.3 həftə sonra 2 şirkətdən offer aldım şirkətin biri Çexiyada digəri isə Estoniyada idi.Müsbət və mənfi tərəflərini araşdırdıqdan sonra Estoniyanın İT üzrə çox qabağda olduğunu başa düşdüm və ordakı şirkətdə kariyeramı davam etdirmək üçün həmin şirkətin təklifini qəbul etdim.

 

Estoniyanı qəbul etdikdən sonra isə artıq 6 ay idiki Budapeştə qalırdım və geri qayıdıb yaxınlarımı gömək üçün Azərbaycana qayıtdım.

Relocaton işlərimə baxan insan ayrı Visaya ehtiyacım olmadığını həmin Visa ilə ölkəyə girə biləcəyimi dedi və sadəcə work permiti göndərdilər ki bununla ölkəyə girdikdən sonra status change ede bilərəm.Məndə Esoniya üçün ayrıca visa almadan əvvəlki visam ilə avqustun əvvəli Estoniyaya getmək üzrə yenidən yola çıxdım və ora çatdığımda öyrəndim ki, visam etibarlı deyil və bilmədən vaxtından çox qalmışam buna görə də ölkəyə girə bilmədim və Azərbaycana qayıtdım.Şirkət 1 həftə Estoniyanın sərhəd polisləri ilə danışdıqdan sonra bu məsələnin tez bir zamanda həll edə bilmədiklərini dedilər.

Uzun-uzun düşündükdən sonra Azərbaycanda qalmaqa qərar verdim.Birinci aylar bunu qəbul etmək mənim üçün çox çətin idi sanki nəyisə bacarmamışam kimi bir hiss edirdim.

Qıs bir müddət sonra Pashabankın yeni yaratdığı komandaya daxil oldum.Hal-hazırda Pashabank xaricdə istifadə olunun texnologiyalardan heç də geri qalmır və daha da irəli gedib onları keçəməyi hədəfləyir.

2018-ci il mənim üçün gözlədiyimdən tamam fərqli formada keçdi və digər illər nisbətən sınandığım anlarım çox oldu.Nə yaxşı həmişə olduğu kimi yenə yanımda bu çətin vaxtları keçməyim üçün mənə dəstək olan yaxınlarım var idi.

2019 üçün yeni hədəflər artıq müəyyənləşib və böyük həyəcanla yeni ili gözləyirəm

Digər illərin hesabatları üçün

2017-ci ilin hesabatı

2016-ci ilin hesabatı

2015-ci ilin Hesabatı