Murad İmanbəyli, Murad R. İmanbəyli, Proqramçı, Kompyuter Elmləri, Java və Oracle Blogu, Proqramlaşdırma blogu, Murad R. Imanbayli, Murad Imanbaylı, Java Azərbaycan dilində blog, Oracle Azərbaycan dilində blog, Proqramlaşdırma Azərbaycan dilində blog

2019-ci ilin hesabati

Ve yenidən 365 günü geridə qoyub gəlib çatdıq ilin son gününə, 2019 mənim üçün kifayyət qədər uğurlu və yadda qalan bir il oldu. Böyük risklər aldım və böyük qazanclarım oldu, hər baxımdan həyatımda böyük dəyişiklər ilə yadda qaldı mənim üçün.

Karyera

Bu il özümü zəif gördüyüm cloud texnologiylar üzrə bir necə online kurs bitirdim və onları praktikdada istifadə edərək bir qədər artırdım, illin əvvəlində aws ilə işləsəmdə hazırda işlədiyim şirkət google cloud istifadə etdiyinç onun içəliklərin yiyələnirəm.

Epam Poland-dan iş təklifi aldım və Paşabankdakı işimdən ayrılaraq Krakow-a köçdüm.

Əlavə vaxtlarımda işləmək üçün ilin əvvəlindən remote iş axtarırdım, sonunda USA-in Utah ştatında yeni qurulmuş bir startupa qəbul oldum. Günümün geridə qalan boş vaxtlarında buranın taskları ilə məşğul oluram və digər bir tərəfdən xarici valyutada gəlir əldə etmək də insanı bir növ rahatlıq verir.

Səyahət

Bu il dolu-dolu bir il olduğundan  bir o qədər də səyahətə vaxt ayıra bilmədim, İlin əvvəlində dəfələrlə getdiyim Gürcüstana, ilin sonuna yaxın isə Budapeştə və bu ay isə Zakopane getdim

Şəxsi Həyat

Mənim üçün həyatımda olan ən böyük dəyişiklik də məhz bu il oldu sevdiyim insanla ailə həyatı qurdum.

Maliyyə

Bu il ilk dəfə olaraq verdiyim sözə əməl etdim və hər ay gəlirim minimum 10%  yığım hesabıma atdım, başlarda hər nə qədər ümidsizdə olsam indi hesabımdakı məbləğə baxanda görürərm ki, nəzərə almadığını kiçik məbləğlər vaxt keçdikcə yığılıb çətin gününüzdə sizə dayaq ola biləcək qədər böyüyür vaxtın da tez keçdiyini nəzərə alsaq həqiqətəndə işləyən bir mexanizimdır. Gələn ildə bu qaydanı davam etməyə çalışacam. Yığım etmək istəyənlər üçün belə bir məsləhət verə bilərəm ki, mütləq mobile app olan bir bankda açın ki, hər ay siz məbləğ elavə etdikçə ümumi məbləğin artmaqı sizə özü motivasiya olur və siz bunu davamli etməyə səbəbiniz olur.(Mənim  yığım hesabı üçün seçimim sevimli bankim Unibankdır.)

8 il bundan öncə işləməyə başladığımda qabağıma bir məqsəd qoymuşdum, heç bir vəzifə olmadan sadəcə ixtisasina yaxşı yiyələnmək ilə  illik 100K+ bir məbləğ əldə etmək bu il sonunda ona nail oldum. Düzü bu əlavə işim sayəsində oldu amma olsun nəticə olaraq məqsədimə çatdım, indi hədəfdə tək bir iş ilə həmin məbləği əldə etmək var.

Yeni aldığım evimə görə həyatımda heç girmədiyim qədər böyük bir məbləğə kreditə girdim, düzü bu mənim bir az qorxudur çünki  heç vaxt bu qədər böyük bir məsuliyyət götürməmişdim amma fikirləşirəm ki, nizamlı ödəmə ilə onu da zamanından əvvəl bitirə biləcəm.

Digər

İlin əvvəlində uzun bir zamandır istədiyim 65inch TV aldım.

Ev aldim

Yeni laptop aldım , bu il apple-dan çıxaraq yeni bir model yoxlamaq qərarına gəldim və HP env360 aldım üstünlükləri var amma apple verdiyi incəliyə yaxın belə deyil.

iPhone-um ekrani sındığından yeni bir telefon almalı idim amma yeni iphone modellər çox baha olduğundan, fikrimcə o ölkəmizdə kifayyət qədər bahadır, hər kəsin istifadə etdiyi Xiami firmasını seçdim.Mənim seçdiyim model 9 SE dir bir az daha lite modeldir.

Ve başqa bir plan isə apple tv almaq idi, onsuz apple laptop ve smartfonundan çıxdığımdan gəl bunu da andoird yoxlayım deyərək Xiaomi Box TV aldım, hələki normal işləyir evdəki NAS ilə əlaqədirdikdə super ikili olur.

Yeni ilində ən az 2019 kimi uğurlu keçməsini arzulayıram
Digər illərin hesabatları üçün

2018-ci ilin hesabatı

2017-ci ilin hesabatı

2016-ci ilin hesabatı

2015-ci ilin Hesabatı