Murad İmanbəyli, Murad R. İmanbəyli, Proqramçı, Kompyuter Elmləri, Java və Oracle Blogu, Proqramlaşdırma blogu, Murad R. Imanbayli, Murad Imanbaylı, Java Azərbaycan dilində blog, Oracle Azərbaycan dilində blog, Proqramlaşdırma Azərbaycan dilində blog

Taylanda Viza almaq

Bu yazımda Taylanda Viza almaq üçün keçdiyim proseslərdən yazmaqa çalışacam gedəcək olan yoldaşlar varsa onlara kömək ola bilər.İlk əvvəl İnternetdən Taylan Krallığının Fərxi Konsulluğunun nömrəsini tapdım və lazım olan sənədlər haqqında məlumat aldım.İlk dəfə getdiyim ölkə viza istədiyindən bir az həyəcanlı idim, telefondakı xanımın dediklərini ardıcıl olaraq elədim.

  1. Konsulluğun səhifəsinə girərək Application formu print edib doldurdum (http://thaiconsulate.az/images/pdf/Visaapplicationform.pdf)
  2. 3.5 x 4.5 sm bir ədəd şəkil 28də olan photo çəkilişdə 3 manata 6 ədədə çəkdirdim birini sənədlərin yanına əlavə elədim.
  3. Xarici Passport
  4. Gediş və qayıdış biletlərinin Confirmation emailini çap elədim əlavə elədim
  5. Otel Rezervasiyasının yene Confirmation emailini çap elədim əlavə elədim.
  6. Maliyə vəziyyətini haqqında iş yerindən arayış aldım və axrıncı 6 ay hesabıma əlavə olununan məbləğ haqqında çıxarış götürdüm.Amma bankda Cari hesabınız varsa və ya Debit Kart Hesabı həmin hesabdan dan çıxarış apara bilərsiz.Yaxşı olar ki 3000 azndən yuxarı olsun məbləğ.
  7. Viza Rüsmu 40 dollar və yanlız bu valyutada qəbul edirlə manatla getsəz çıxıb yenidən dollar axtarmalı olacaqsız ona görə yaxşı olar dollarla gedəsiniz.

Konsolluq hyatt Tower II də yerləşir və həftə içi hər gün Viza applicationları qəbul elemirlər ancaq Bazar ertəsi Çərşənbə və Çümə günləri 2-dən 4-ə qədər qəbul olunur.Düzü bütün sənədləri toplasanız Konsolluq çox incitmədən bizanı verir mənə 3 iş günü ərzinə verdilər amma yadda saxlamalı olduqunuz başqa bir məqam vizanın single olmasıdı Yəni Siz bankok getdiz ordan onsuz Malaziyaya gedib yenidən qayıtmaq istəsəniz sizi ölkəyə buraxmayacaqlar çünki tək girişlik vizadır.

Ümid edirəm Taylanda getmək istəyənlər üçün faydalı bir yazı oldu,digər səfirliklərin vizaları haqqında da ətraflı yazmaqa çalışacam